“Zirə” səfərdə “Kəpəz”i məğlub etdi
İdman
78
15:59, Bu gün

“Zirə” səfərdə “Kəpəz”i məğlub etdi

Azərbaycan Premyer Liqasının XIII turuna start verilib.
 
Moderator.az xəbər verir ki, turun açılış matçında “Kəpəz” Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edib - 0:2.
 
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada qonaqların ilk qolunu 62-ci dəqiqədə Leroy Mikels vurub. Görüşün 84-cü dəqiqəsində isə İssa Cibrila fərqi artırıb.
 
Bu nəticədən sonra Rəşad Sadıqovun rəhbərlik etdiyi “qartallar” 26 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Azər Bağırovun kollektivi isə 6 xalla 10-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, günün növbəti matçında “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma 18:30-da start götürəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər