Petr Çex 43 yaşında karyerasını bərpa etdi
İdman
45
14:20, Bu gün

Petr Çex 43 yaşında karyerasını bərpa etdi

"Çelsi" və "Arsenal"ın əfsanəvi qapıçısı Petr Çex yenidən hokkey karyerasını bərpa edib.
 
Moderator.az xəbər verir ki, 43 yaşlı çexiyalı qolkiper Böyük Britaniyanın 4-cü divizion təmsilçisi "Harinqey Haskis" klubu ilə müqavilə imzalayıb.
 
Qeyd edək ki, "Harinqey Haskis" onun hokkey karyerasında beşinci klubudur. Daha əvvəl o, "Qildford Feniks", "Çelmsford Çifteyns", "Oksford Siti Stars" və "Belfast Qyants" komandalarında çıxış edib.
 
Xatırladaq ki, əfsanəvi qolkiper 2019-cu ildə futbol karyerasını bitirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər