Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçildi
İdman
135
22:10, Bu gün

Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçildi

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin futbolçusu seçilib.

Moderator.az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının Mətbuat Xidməti məlumat yayıb.

Forvard turnirin Liqa mərhələsinin 5-ci turunda "Olimpiakos"a qarşı keçirilən oyunda (3:4) pokerə imza atıb.

O, cari mövsümdə beş oyundan sonra vurduğu doqquz qolla bombardirlər siyahısına başçılıq edir.

Səsvermədə sonrakı yerləri müvafiq olaraq Vitinya (PSJ), Pyer-Emerik Obameyanq ("Olimpik Marsel") və Seru Qirassi ("Borussiya Dortmund") tutublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər