00:48
12°C
Bakı
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin futbolçusu seçilib.
Moderator.az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının Mətbuat Xidməti məlumat yayıb.
Forvard turnirin Liqa mərhələsinin 5-ci turunda "Olimpiakos"a qarşı keçirilən oyunda (3:4) pokerə imza atıb.
O, cari mövsümdə beş oyundan sonra vurduğu doqquz qolla bombardirlər siyahısına başçılıq edir.
Səsvermədə sonrakı yerləri müvafiq olaraq Vitinya (PSJ), Pyer-Emerik Obameyanq ("Olimpik Marsel") və Seru Qirassi ("Borussiya Dortmund") tutublar.