PSJ Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib
İdman
334
27 Nov 2025 | 22:07

PSJ Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

PSJ 2025-ci il ərzində UEFA Çempionlar Liqasında (ÇL) 13 qələbə qazanaraq turnirin tarixində yeni rekord müəyyənləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytında məlumat yer alıb.

Bildirilir ki, Paris təmsilçisi ÇL-in 5-ci turu çərçivəsində evdə "Tottenhem"i 5:3 hesabı ilə məğlub edərək cari ildəki qələbələrinin sayını 13-ə çatdırıb.

Daha əvvəl bu göstərici üzrə ən yaxşı nəticə "Real Madrid"in (2014-cü il) və "Bavariya"nın (2001-ci il) olub. Hər iki komanda həmin il ərzində 12 oyunda qalib gəlib.

Bundan başqa, PSJ ÇL-də İngiltərə klubuna qarşı matçda beş qol vura bilən ilk Fransa komandası olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər