19:42
13°C
Bakı
"Qarabağ"ın 28 yaşlı futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasında ən çox blok edən oyunçulardandır.
Moderator.az xəbər verir ki, müdafiəçi turnirin ilk beş turu ərzində səkkiz dəfə rəqiblərin zərbəsini bloklayıb.
O bu göstəricidə yalnız "Pafos" klubunun ulduz futbolçusu David Luisdən geri qalır. Braziliyalı müdafiəçi 12 dəfə rəqiblərinin zərbəsinin qarşısını alıb.