Mikayıl Cabbarov yenidən federasiya prezidenti seçildi
İdman
139
16:12, Bu gün

Mikayıl Cabbarov yenidən federasiya prezidenti seçildi

Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağı keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib.
 
Səsvermə nəticəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov növbəti dörd il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib.
 
Səsvermə yolu ilə həmçinin İcraiyyə Komitəsinin üzvləri də müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.
 
Mikayıl Cabbarov yekun nitqində növbəti dörd il üçün qarşıda duran hədəfləri və fəaliyyət istiqamətlərini qeyd edib, güləşçilərə məşq və yarışlarda yeni uğurlar arzulayıb.
 
Xatırladaq ki, Mikayıl Cabbarov 2023-cü ilin 8 dekabr tarixindən AGF-nin prezidenti vəzifəsini icra edir.
 
Link kopyalandı!
Son xəbərlər