“Neftçi”nin yeni baş məşqçisi yanvarda gələcək
İdman
196
14:45, Bu gün

“Neftçi”nin yeni baş məşqçisi yanvarda gələcək

Samir Abasovun istefaya göndərilməsindən sonra baş məşqçi axtarışlarını davam etdirən “Neftçi” fikrini yalnız bir namizəd üzərində cəmləşdirib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı Yuri Vernidubun namizədliyi üzərində dayanıb.
 
Tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə, 59 yaşlı mütəxəssis Azərbaycana ancaq yanvarda gələ biləcək.
 
Məsələ burasındadır ki, hazırda Rusiya ilə davam edən müharibəyə görə Ukrayna 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub. Yuri Vernidubun 60 yaşı isə gələn il yanvarın 22-də tamam olacaq.
 
Təcrübəli mütəxəssisin gəlişinə qədər isə komandanı meydana Sənan Qurbanov çıxaracaq.
 
Qeyd edək ki, Yuri Vernidub daha əvvəl vətənində “Metallurq”, “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor”, Moldova da isə “Şerif”I çalışdırıb. Onun oğlu Vitali Vernidub isə vaxtilə ölkəmizdə “Qəbələ”də çıxış edib.
Link kopyalandı!
Son xəbərlər