UEFA Çempionlar Liqası:
İdman
205
11:50, Bu gün

UEFA Çempionlar Liqası: "Qarabağ" bir nominasiya üzrə ilk üçlükdə yer alıb

"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının ilk beş turunda ümumilikdə 227 dəfə topu rəqibdən almağı bacarıblar.
 
Moderator.az xəbər verir ki, təmsilçimiz topu rəqibdən alma göstəricisinə görə üçüncü yerdə qərarlaşıb.
 
Bu nominasiyada 257 dəfə topu rəqibdən almağı bacaran "Atletik Bilbao" komandası birinci, 246 dəfə topu rəqibdən almağı bacaran Belçikanın "Royal Yunion" klubu isə ikincidir.
 
Qeyd edək ki, "Qarabağ" hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində yerləşir.
 
Link kopyalandı!
Son xəbərlər