01:23
13°C
Bakı
“Çelsi”nin baş məşqçisi Enzo Mareska gənc futbolçuların Ronaldo və Messi ilə müqayisə olunmasına etiraz edib.
Moderator.az xəbər verir ki, mütəxəssis bu barədə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
O, Estevao Villian və Lamine Yamal kimi gənc istedadların Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə edilməsinin doğru olmadığını bildirib.
O, bu cür müqayisələrin gənc oyunçular üzərində böyük təzyiq yaratdığını, onların isə sadəcə futboldan zövq almalı olduqlarını vurğulayıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran London təmsilçisi turnir cədvəlində 5-ci, 7 xalı olan “Barselona” isə 15-ci pillədə qərarlaşıb.