Məşhur futbolçu Anxel Di Mariyanın çıxış etdiyi "Rosario Sentral" klubu vaxtından əvvəl Argentina çempionu elan edilib.
Moderator.az match.tv-yə istinadən xəbər verir ki, bu, ölkənin idman ictimaiyyətində böyük qalmaqal yaradıb və ciddi etirazlara səbəb olub.
Belə ki, Argentinada çempionat hər biri altı ay davam edən iki mərhələdən ibarətdir: Apertura və Klausura. Hər mərhələnin sonunda pley-off oyunları keçirilir. Ölkə çempionu məhz pley-off qalibləri arasında oynanılan Qızıl Matç nəticəsində bəlli olur.
Anxelin komandası öz zonasında birinci mərhələni qazanıb və onlar ikinci mərhələdə 31 xalla birinci yeri tutublar. Birinci mərhələ sonrası pley-offu isə "Platense" qazanıb.
Əvvəllər turnir cədvəlində liderlik yalnız Libertadores Kubokuna çıxış imkanı verirdi. Lakin bu il qaydalar gözlənilmədən dəyişdirilib. Hər iki mərhələnin turnir cədvəlində lider olduğu üçün "Rosario Central" Liqa çempionu elan edilib. Lakin Qızıl Matç hələ də qüvvədə qalır.
Azarkeşlər hesab edirlər ki, qaydalar Di Mariyanın federasiya prezidenti ilə dostluğuna görə dəyişdirilib.
Bir sözlə, ikinci mərhələ sonrası pley-off oyunları davam etdiyi bir zamanda artıq çempionun adı açıqlanıb ki, bu, Argentina futbolunda görünməmiş bir hadisədir.
Qeyd edək ki, 23 noyabrda "Rosario Central" Klausura sonrası pley-offun 1/8 finalında "Estudiantes" ilə qarşılaşacaq.