DÇ-2026-nın final mərhələsinin püşkatmasından öncə səbətlərin tərkibi açıqlandı
İdman
39
14:40, Bu gün

DÇ-2026-nın final mərhələsinin püşkatmasından öncə səbətlərin tərkibi açıqlandı

ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatmasından öncə səbətlərin tərkibi bəlli olub.
 
Moderator.az FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar 4 qrupa bölünüblər.
 
İlk 3 səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək 6 komanda yer alacaq.
 
Dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil olunacaq.
 
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
 
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
 
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d`İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası
 
4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, pley-off mərhələsinin 6 qalibi
 
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər