Neymar zədə səbəbindən ilin sonuna qədər oynamayacaq
İdman
78
11:49, Bu gün

Neymar zədə səbəbindən ilin sonuna qədər oynamayacaq

Məşhur braziliyalı futbolçu Neymar zədə səbəbindən 2025-ci ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
 
Moderator.az "Globo" nəşrinə istinadən xəbər verir ki, "Santos"un hücumçusu sol dizində menisk zədəsi alıb.
 
Məlumata görə, təcrübəli futbolçu Braziliya çempionatında "İnternasional"la oyun ərəfəsində sol dizində ağrı hiss edib və bu səbəbdən görüşü buraxıb.
 
Forvardın növbəti oyunda meydana qayıdacağı gözlənilsə də, zədəsinin daha ciddi olduğu müəyyənləşib.
 
Ulduz oyunçu klubuna yüksək liqada qalmaq uğrunda mübarizədə həlledici görüşlərdə kömək edə bilməyəcək.
 
Neymar bu mövsüm "Santos"un heyətində bütün turnirlərdə 25 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi ilin sonuna kimidir.
Link kopyalandı!
Son xəbərlər