İdman
23
11:36, Bu gün

"Qarabağ" uduzdu, Azərbaycanın mövqeyi... - REYTİNQ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunun ilk görüşlərindən sonra ölkələrin reytinqini yenilənib.
 
Azərbaycan çempionu "Qarabağ" ötən gecə İtaliyada "Napoli"yə uduzaraq (0:2) bu dəfə ölkəmizin xal ehtiyatını artıra bilməyib. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,125-də, son 5 ildəki göstəricisi isə 22.250-də qalıb. 
 
Ölkəmizin reytinq sıralamasında mövqeyi isə dəyişməyib - 25-ci yer. 
 
Qonşulardan bir addım öndəki Serbiyanın 22.875, təqibçimiz Sloveniyanın isə 22.218 əmsalı var. 
 
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (101.005) başçılıq edir. (fanat.az)
Link kopyalandı!
Son xəbərlər