Dieqo Maradona barədə cizgi serialı çəkiləcək
İdman
35
08:56, Bu gün

Dieqo Maradona barədə cizgi serialı çəkiləcək

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona haqqında animasiya serialı çəkiləcək.
 
Moderator.az "Variety"ə istinadən xəbər verir ki, çəkiliş hüququnu Hindistan şirkəti "Reliance Animation" əldə edib.
 
"Reliance Entertainment"in bir bölməsi olan şirkət Maradonanın erkən yaşlarından şöhrətə gedən yolunu əks etdirəcək.
 
"Dieqo Maradonanın qeyri-adi hekayəsini animasiya vasitəsilə yeni nəslə çatdırmaqdan məmnunuq. Onun dözümlülüyü, futbol ehtirası və nailiyyətləri dünyanın hər yerindəki tamaşaçılara ilham verəcək", - deyə "Reliance Entertainment"in baş direktoru Şibaşiş Sarkar bildirib.
 
Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.
 
Link kopyalandı!
Son xəbərlər