03:56
13°C
Bakı
UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Qarabağ” – “Napoli” matçında maraqlı an yaşanıb.
Moderator.az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Neapol təmsilçisinin hücumçusu David Neres qapımız qarşısında “qayçı zərbəsi” ilə fərqlənməyə çalışıb.
Lakin “Qarabağ”ın qapıçısı Mateuş Koxalski möhtəşəm reaksiya göstərərək topu çıxarmağı bacarıb.
Qeyd edək ki, “İctimai” Televiziyanın şərhçisi Tural Dadaşov sözügedən epizodu belə şərh edib: “Səni verənə şükür, Koxalski!”
Həmin epizodu təqdim edirik: