03:33
13°C
Bakı
İtaliyanın “Kremoneze” komandasının hücumçusu Ceymi Vardi A Seriyasının 12-ci turunda “Roma” ilə görüşdə (1:3) olduğu vaxt evi qarət olunub.
Moderator.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Qəzet yazır ki, oyun zamanı Vardi və ailəsinin evdə olmamasından istifadə edən oğrular pəncərəni sındıraraq içəri daxil olublar. Onlar dəyəri yüksək olan saatları, zinət əşyalarını və müəyyən miqdarda nağd pulu götürüblər. İlkin hesablamalara əsasən, oğurluğun ümumi dəyəri təqribən 100 min avrodur.
Polisin açıqlamasında bildirilir ki, cinayətkar qrup əvvəlcədən futbolçunun, həyat yoldaşının və uşaqlarının hərəkət marşrutunu izləyib və evin mühafizəsiz qalacağı zamanı müəyyən edib.