UEFA Çempionlar Liqası:
İdman
337
00:04, Bu gün

UEFA Çempionlar Liqası: "Napoli" - "Qarabağ" qarşılaşması start götürüb - CANLI

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində Neapolun "Dieqo Armando Maradona" stadionunda "Napoli" - "Qarabağ" qarşılaşması start götürüb.

Moderator.az xəbər verir ki, matçı polşalı hakim Şimon Martsinyak idarə edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyununun start heyətləri müəyyənləşib.

Moderator.az xəbər verir ki, komandalar "Dieqo Armando Maradona" stadionunda keçiriləcək matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Napoli": 32. Vanya Milinkoviç-Saviç, 31. Sem Bökema, 13. Amir Rrahmani, 4. Alessandro Buoncorno, 17. Matias Oliveyra, 22. Covanni Di Lorentso, 68. Stanislav Lobotka, 8. Skott Maktominey, 70. Noa Lanq, 19. Rasmus Höylund, 7. David Nereş;

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 10. Abdullah Zubir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda "Qarabağ" növbəti oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, təmsilçimiz səfərdə İtaliyanın "Napoli" klubu ilə üz-üzə gələcək.

"Dieqo Armando Maradona" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecəyarısında start götürəcək.

Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" yeddi xalla 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdədir.

Xatırladaq ki, "Qarabağ" növbəti oyununu dekabrın 10-da doğma meydanda "Ayaks" klubuna qarşı keçirəcək.

26 noyabr

UEFA Çempionlar Liqası

V tur

Saat 00:00, "Napoli" - "Qarabağ".

 

Link kopyalandı!
Son xəbərlər