02:43
14°C
Bakı
Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda məğlub olub.
Moderator.az xəbər verir ki, "Əli Sami Yen Spor Kompleksi"ndə Belçikanın "Yunion" klubunu qəbul edən İstanbul təmsilçisi 0:1 hesabı ilə uduzub.
Qolu 57-ci dəqiqədə Promis Akinpelu vurub.
"Sarı-qırmızılar"ın heyətində 89-cü dəqiqədə Arda Ünyay ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, "Qalatasaray"ın cari mövsüm Liqa mərhələsində 9 xalı var.