00:28
14°C
Bakı
Qış transfer pəncərəsində "Fənərbağça"nın mərkəz hücumçu hədəflərindən biri olan polşalı ulduz futbolçu Robert Levandovski İstanbul klubunun transfer təklifinə cavab verib.
Moderator.az "Sabah"a istinadən xəbər verir ki, "sarı lacivərdlər" həm Superliqa tituluna, həm də Avropa Liqası ambisiyalarına görə heyətini gücləndirməyə çalışır.
Məlumata görə, klub mərkəz hücumçusu mövqeyi üçün Aleksandr Sörlot və Robert Levandovski kimi dünyasəviyyəli ulduzları nəzərdən keçirir.
Polşalı futbolçunun artıq bu təklifə cavab verdiyi bildirilir. O, "Fənərbağça"nın təklifini rədd edib.
Hücumçunun ən azı yay transfer pəncərəsinə qədər "Barselona"da qalmaq istədiyi və yanvar ayında ayrılmağı düşünmədiyi bildirilib.