00:12
14°C
Bakı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Moderator.az xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövşən Nəcəf iştirak edib.
O, iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə A milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib.
Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.