ÇSKA-nın qapıçısı Rusiyanın Rekordlar Kitabına düşüb
İdman
272
25 Nov 2025 | 22:10

ÇSKA-nın qapıçısı Rusiyanın Rekordlar Kitabına düşüb

Moskvanın ÇSKA klubunun qapıçısı İqor Akinfeyev Rusiyanın Rekordlar Kitabına düşüb.

Moderator.az bildirir ki, bu barədə məlumat ordu klubunun rəsmi "Telegram" kanalında paylaşılıb.

Məlumata görə, Akinfeyev bir klubda peşəkar futbolçunun davamlı idman karyerasının sürəkliliyinə görə ölkə rekordçusu olub.

Belə ki, o, artıq 12 809 gündür klubun sistemindədir və əsas komandanın qapısını qoruyur.

Qeyd edək ki, Akinfeyev Rusiyanın əməkdar idman ustası, Rusiya tarixində ən titullu futbolçudur. O, ÇSKA ilə altı dəfə Rusiya çempionu, səkkiz dəfə Rusiya kubokunun, səkkiz dəfə ölkə Superkubokunun, eyni zamanda UEFA Kubokunun qalibi, 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı olub.

Link kopyalandı!
Son xəbərlər