22:06
13°C
Bakı
FIFA-nın İntizam Komitəsi Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunu bir oyunluq diskvalifikasiya etmək qərarına gəlib.
Moderator.az bu barədə "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, komitə Ronaldunun 2026-cı il dünya çempionatının təsnifat mərhələsinin beşinci turunda İrlandiya millisi ilə matçda (2:0) qırmızı vərəqə aldıqdan sonra bu barədə qərar verib.
Bununla da 40 yaşlı futbolçunun cəzası bitmiş hesab olunur, belə ki, o, təsnifat mərhələsinin 6-cı turunda Ermənistan yığması ilə oyunu (9:1) buraxıb.
Bu qərarla Ronaldu gələn yay keçiriləcək dünya çempiontının final mərhələsinin ilk qarşılaşmasında iştirak edə biləcək.