Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Moderator.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
V turun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Matçı Çexiyadan olan hakim Dominik Starıy idarə edəcək.
Qeyd edək ki, dörd turdan sonra xal qazana bilməyən "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Meydan sahibləri isə üç xalla 25-ci sıradadırlar.