AFFA bu klubları CƏRİMƏLƏDİ
İdman
218
14:27, Bu gün

AFFA bu klubları CƏRİMƏLƏDİ

Misli Premyer Liqası təmsilçilərindən "Araz-Naxçıvan" 2500, "Turan Tovuz" isə 5700 manat cərimələnib.
 
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
 
XII turun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. "Turan Tovuz" isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.
 
Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
Link kopyalandı!
Son xəbərlər