Bizi sosial şəbəkələrdən izləyin:
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabrda Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turniri keçiriləcək.
Moderator.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev
73 kq
Rəşid Məmmədəliyev
Hidayət Heydərov
90 kq
Murad Fətiyev
Aslan Kotsoyev
+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri