İdman
259
08:56, Bu gün

"Qarabağ" çətin Neapol səfərində

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda "Qarabağ" növbəti oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, təmsilçimiz səfərdə İtaliyanın "Napoli" klubu ilə üz-üzə gələcək.
 
"Dieqo Armando Maradona" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecəyarısında start götürəcək.
 
Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" yeddi xalla 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdədir.
 
Xatırladaq ki, "Qarabağ" növbəti oyununu dekabrın 10-da doğma meydanda "Ayaks" klubuna qarşı keçirəcək.
 
26 noyabr
 
UEFA Çempionlar Liqası
 
V tur
 
Saat 00:00, "Napoli" - "Qarabağ".
 
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)
 
VAR: Pol van Bukel (Niderland)
 
AVAR: İvan Bebek (Xorvatiya)
 
Link kopyalandı!
Son xəbərlər