UEFA Çempionlar Liqası: Əsas mərhələnin beşinci turuna start verilir
İdman
247
08:39, Bu gün

UEFA Çempionlar Liqası: Əsas mərhələnin beşinci turuna start verilir

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun oyunları start götürəcək.
 
Moderator.az xəbər verir ki, beşinci turun ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq.
 
Belə ki, "Qalatasaray" klubu "Royal Union"la, "Ayaks" "Benfika" ilə, "Napoli" "Qarabağ"la, "Budyo Qlimt" "Yuventus"la, "Çelsi" "Barselona" ilə, "Borussiya Dortmund" "Vilyarreal"la, "Mançester Siti" "Bayer Leverkuzen"lə, "Marsel" "Nyukasl Yunayted"lə, "Slaviya Praqa" isə "Atletik Bilbao" klubu ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, turun oyunlarına sabah yekun vurulacaq.
 
25 noyabr
 
UEFA Çempionlar Liqası
 
V tur
 
Saat 21:45, "Qalatasaray" - "Royal Union";
 
Saat 21:45, "Ayaks" - "Benfika".
 
26 noyabr
 
Saat 00:00, "Napoli" - "Qarabağ";
 
Saat 00:00, "Budyo/Qlimt" - "Yuventus";
 
Saat 00:00, "Çelsi" - "Barselona";
 
Saat 00:00, "Borussiya Dortmund" - "Vilyarreal";
 
Saat 00:00, "Mançester Siti" - "Bayer Leverkuzen";
 
Saat 00:00, "Marsel" - "Nyukasl Yunayted";
 
Saat 00:00, "Slaviya Praqa" - "Atletik Bilbao".
Link kopyalandı!
Son xəbərlər