Qurban Qurbanov:
İdman
65
00:05, Bu gün

Qurban Qurbanov: "Çox istərdik ki, sabah dinamik futbol oynayaq"

"Çox istərdik ki, sabah dinamik futbol oynayaq".

Moderator.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

"Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamını qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq. Klubda uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik. Bu mərhələyə düşmüşüksə, oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik. Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar. Bugünkü nəticələrə baxdıqca həm sevinirik, həm özümüzə inam artır. Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-dən 26-na keçən gecə "Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Link kopyalandı!
Son xəbərlər