Marko Yankoviç:
İdman
70
00:00, Bu gün

Marko Yankoviç: "Meydana maksimum gücümüzlə çıxacağıq"

"Qarabağ"ın futbolçuları İtaliyanın "Napoli" klubuna qarşı keçiriləcək oyunda maksimum güclərini ortaya qoymağa hazırdırlar".

Moderator.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç matç öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində səfərdə baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşərək bildirib:

"Napoli" çox güclü komandadır. Son İtaliya çempionuna qarşı oynayacağıq. Qarşılaşmanın maraqlı keçəcəyini düşünürəm. Biz öz oyun planımızı tətbiq edəcəyik və meydana maksimum gücümüzlə çıxacağıq. Böyük komandalarla oyunlarda həm qalib gəlmək, həm də uduzmaq mümkündür. Hər şeyə sabah aydınlıq gələcək".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-dən 26-na keçən gecə "Diego Armando Maradona" arenasında, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Link kopyalandı!
Son xəbərlər