Qurban Qurbanov: “Napoli” çox ciddi rəqibdir
İdman
158
24 Nov 2025 | 23:47

Qurban Qurbanov: “Napoli” çox ciddi rəqibdir

“Sabah bizi vacib oyun gözləyir. “Napoli” çox ciddi rəqibdir”.

Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə İtaliyanın “Napoli” klubu ilə keçiriləcək V tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

O, rəqibin baş məşqçisi Antonio Kontenin təcrübəli baş məşqçi olduğunu bildirib: "Onu yaxından tanıyıram, buradan da salamlarımı çatdırıram. Bizim məqsədimiz ildən-ilə daha irəli getməkdir. Liqa mərhələsində mübarizə aparırıq, oyunlardan həzz almaq istəyirik. Nəticələrimizin yaxşı olması bizi sevindirir. "Qarabağ" klubunun adı Azərbaycan üçün fərqli məna daşıyır. Bölgə klubuyuq, uzun illərdir rəhbərliklə birgə Bakıda klubu yaşadırıq. “Napoli” turnir cədvəlindəki yerini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. Onlar bizimlə oyuna çox ciddi hazırlaşıblar”.

Noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Link kopyalandı!
Son xəbərlər