Messi əfsanəvi futbolçunun rekorduna çatdı
İdman
653
17:50, Bu gün

Messi əfsanəvi futbolçunun rekorduna çatdı

Lionel Messi əfsanəvi Ferents Puşkaşın tarixi rekordunu təkrarlayıb.

Moderator.az xəbər verir ki, ulduz futbolçu bu uğura MLS-in (Major League Soccer - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) pley-off mərhələsinin 1/4 final mərhələsinin "Sinsinatti"yə qarşı (4:0) matçında nail olub.

Messi bu oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib. Nəticədə forvard məhsuldar ötürmələrinin sayını 404-ə çatdırıb. Bununla da o, Ferents Puşkaşın göstəricisinə çatıb.

Messinin növbəti assisti onu yeni rekord müəllifi edəcək.

Link kopyalandı!
Son xəbərlər