“İndiyədək arxamda kim olub ki?” – Samir Abasov danışdı
İdman
240
13:00, Bu gün

“İndiyədək arxamda kim olub ki?” – Samir Abasov danışdı

“İndi danışmağımın yeri və vaxtı deyil. Rəsmi açıqlama veriləcək, biləcəksiniz. İndi nəsə danışmaq halında deyiləm. 1-2 saata, uzağı günün sonuna qədər hər şey bəlli olacaq”.
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin baş məşqçisi postundan istefaya göndərildiyi bildirilən Samir Abasov deyib.
 
47 yaşlı mütəxəssis “Neftçi” haqqında danışmaq istəmədiyini bildirib:
 
“Bunu “Neftçi” haqqında yox, ümumi deyirəm. Bu gün kimsə hansısa klubu Premyer Liqada saxlayır, şirin-şirin danışır, hamı onu tərifləməyə başlayırlar. Amma elitadan düşmə təhlükəsi olan komandanı saxlayıb, gələn il avrokuboklara aparan adam barədə heç kim danışmır. Danışmaq istəyənləri də ört-basdır edirlər, danışmağa qoymurlar. Ürəyim ağrıyır. Sadəcə kimə deyim, kim var ki, indiyədək kim olub ki, arxamda? O haldayam ki… “Neftçi” haqda danışmaq istəmirəm. Azərbaycan üçün nə məşqçi, nə mütəxəssis, nə də işləyən lazımdır. Adamın, bir də səni tərifləyənin, danışanın lazımdır”.
Link kopyalandı!
Son xəbərlər