Bizi sosial şəbəkələrdən izləyin:
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Moderator.az xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Ali Sami Yen Spor Kompleksi”nin stadionunda baş tutacaq.