00:34
14°C
Bakı
Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.
Moderator.az xəbər verir ki, çempionluğa iddialı "Fənərbağça" səfərdə "Rizespor"la qarşılaşıb.
İstanbul klubu ilk hissədə iki top geri düşsə də, ikinci yarıda beş qol (Asensio 55, 65, Taliska 58, ən-Nəsiri 78, Braun 88) vuraraq geridönüş etməyi bacarıb - 2:5.
Bu qələbədən sonra "Fənər" lider "Qalatasaray"la xal fərqini minimuma endirib. "Sarı-lacivərd"lərin aktivində 31 xal var. Rize təmsilçisi isə 14 xalla 11-ci sırada qərarlaşıb.