"Real Madrid" klubunun prezidenti Florentino Peres İspaniyadakı hakimlik səviyyəsi və futbol hakimlərinin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlər etməklə bağlı "Barselona"ya qarşı irəli sürülən ittihamlar barədə sərt danışıb.
Moderator.az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.
"İspaniyada hakimliyin səviyyəsi qəbuledilməzdir. FIFA-nın bu yaxınlarda keçirilən klublararası dünya çempionatı üçün heç bir ispan hakim seçməməsi biabırçılıqdır. Əlbəttə ki, "Barselona"nın hakimlər korpusunun vitse-prezidentinə azı 17 il ərzində səkkiz milyon avrodan çox pul ödəməsi anormaldır. Bu dövr "Barselona"nın İspaniyadakı ən yaxşı nəticələri ilə təsadüfən üst-üstə düşür", - deyə Peres bildirib.
Xatırladaq ki, 2023-cü ilin əvvəlində "Barselona" 2001-ci ildən 2018-ci ilə qədər hakimlərin Texniki Komitəsinin o dövrdəki vitse-prezidenti Xose Mariya Neqreyraya qanunsuz ödənişlər etməkdə ittiham olunmuşdu. "Barselona" özünü müdafiə edərək iddia edirdi ki, Neqreyranı hakimliyə dair texniki hesabatlar hazırlamaq üçün xarici məsləhətçi kimi işə götürüb. İstintaq hələ də davam edir.