İdman
104
22:45, Bu gün

"Real Madrid" Jotanın qardaşını "Elçe" futbolçusu ilə səhv saldı: Üzr istədi

"Real Madrid" 2025-ci ildə vəfat edən məşhur insanların xatirəsini yad edən video yayımlayıb.

Madrid klubunun videosunda digərləri ilə yanaşı, "Liverpul" və Portuqaliya milli komandasının keçmiş oyunçusu Dieqo Jota da yer alıb.

İyulun 3-də Jota və qardaşı, Portuqaliya ikinci divizionunda oynayan Andre Teyşeyra da Silva İspaniyada avtomobil qəzasında həlak olublar.

Lakin videoya Jotanın qardaşı əvəzinə səhvən hazırda "Elçe"də oynayan portuqaliyalı hücumçu Andre Silvanın şəkli daxil edilib.

"Real Madrid" artıq bu yanlışlığa görə Andre Silvadan üzr istəyib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər