Slot Mourinyonun antirekordunu təkrarladı
İdman
115
22:11, Bu gün

Slot Mourinyonun antirekordunu təkrarladı

"Liverpul" Premyer Liqanın növbəti oyununda yenə məğlub oldu.

Moderator.az xəbər verir ki, şənbə günü “qırmızılar” öz meydanlarında “Nottingham Forest”ə 0:3 hesabı ilə uduzdular.

“The Touchline” qeyd edir ki, Arne Slot sonuncu dəfə 2015-ci ildə baş verən göstəricini təkrarlayıb. O, çempion komandaya rəhbərlik etdiyi ilk 12 Premyer Liqa oyunundan 6-nı uduzan ikinci məşqçidir. O vaxt eyni hal “Çelsi” ilə baş vermişdi: Joze Mourinyo həmin nəticələrdən sonra dekabrın ortalarında klub rəhbərliyi tərəfindən istefaya göndərilmişdi.

Mövcud məlumatlara görə, “Liverpul” hələlik Slotu vəzifədən uzaqlaşdırmağı planlaşdırmır, amma “qırmızılar”ın niderlandlı mütəxəssislə yolları ayıra biləcəyi ilə bağlı söz-söhbətlər artır. 12 turdan sonra mersisaydlıların hesabında cəmi 18 xal var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər