İdman
220
21:59, Bu gün

"Çox bərbad oynadıq, biabırçılıqdır" - Emin Mahmudov

“Yenə uduzduq. Çox bərbad oynadıq. Hücumda pis təsir bağışlamırıq, epizodlarımız olur. Amma komanda şəklində müdafiədə zəif çıxış edirik”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

33 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XII turunda evdə “İmişli”yə 2:3 hesabı ilə məğlub olduqları matçda komandasının həm nəticə, həm də oyun baxımından rəqibdən geri qaldığını bildirib:

“Növbəti tur Tovuzda çətin oyun olacaq. Heç evdə də uda bilmirik… Deyiləsi bir şey yoxdur. Azarkeşlər üçün yaxşı nəticə qazanmaq istəyirik.”

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər