21:17
10°C
Bakı
İtaliya A Seriyasında 12-ci turun oyunları keçirilir.
Moderator.az xəbər verir ki, səfərdə "Kremonese"nin qonağı olan "Roma" böyükhesablı qələbə qazanıb.
Matçda hesabı 17-ci dəqiqədə qonaqların futbolçusu Sule açıb. Komanda matçın son 30 dəqiqəsini azlıqda keçirsə də, daha iki qol atıb (Fergüson - 64, Fransa - 69). Meydan sahibləri say üstünlüyündən yalnız 90+4-cü dəqiqədə yararlana biliblər ki, bu da nəticəyə ciddi təsir göstərməyib - 1:3.
Bu qələbə ilə "canavarlar" 27 xalla turnir cədvəlinin zirvəsinə qalxıblar. "Kremonese" isə 14 xalla 12-ci pillədə qərarlaşıb.