19:29
14°C
Bakı
57 yaşlı amerikalı podkaster və UFC şərhçisi Co Roqan UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədovun UFC-nin iki divizionda keçmiş çempionu Konor Makqreqoru neçə bağışlaya biləcəyi haqda danışıb.
Moderator.az xəbər verir ki, “Sportskeeda” Roqanın sözlərini sitat gətirib:
“Əgər Makqreqor Həbibdən üzr istəmək istəyirsə, bunu gizli və səmimi şəkildə etməlidir.
Makqreqor bunu səmimi şəkildə deməli və Həbibi buna inandırmalıdır. Çünki Həbib sadəcə boş işlərlə məşğul olmur, o, oyun oynamır.
İki belə barışmaz rəqib olanda və onlardan biri həmişə qalib olur. Bu, daim belə olacaq”.
Makqreqor dəfələrlə Nurməhəmmədov haqqında mənfi fikirlər səsləndirib, onu və ailəsini təhqir edib.