Arda Turan darmadağın haqda danışdı
İdman
177
17:23, Bu gün

Arda Turan darmadağın haqda danışdı

“Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turan komandasının Ukrayna Premyer Liqasının 13-cü turunda “Obolon” üzərində inamlı qələbəsini (6:0) şərh edib.

Moderator.az xəbər verir ki, mütəxəssisin sözlərini “mədənçilər”in mətbuat xidməti yayıb.

“İlk növbədə vurğulamaq istərdim ki, bu matçdan əvvəl rəqibimizin səviyyəsini bilirdik və həmişə bütün rəqiblərimizə hörmətlə yanaşırıq.

İlk hissədə oyunun necə getdiyi məni çox sevindirdi – səhv etmirəmsə, qapıya yalnız bir zərbəyə icazə verdik.

Birinci hissənin sonlarında vurulan qol da çox vacib idi. Oyun planımız baxımından Bondarenko ilə Nevertonu eyni xətdə yerləşdirmək vacib idi, məsələn, Pedro Enrike rəqibin qapısına əlavə təzyiq göstərmək üçün ortaya doğru irəliləməyə çalışırdı. Qırmızı vərəqə və rəqibin futbolçusu meydandan qovulduqdan sonra, artıq hesab 3:0 olarkən biz də hesabı qoruyub saxlamağa çalışdıq. Qarşıda çoxlu səyahətlər var”, – Turan bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər