Futbolda unikal rekord qırıldı – FOTO
İdman
51
16:09, Bu gün

Futbolda unikal rekord qırıldı – FOTO

“Napoli”nin və Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominay vurduğu möhtəşəm qolla Puşkaş mükafatına açıq-aşkar namizəd olmaqla yanaşı, həm də yeni rekorda imza atıb.

Moderator.az xəbər verir ki, onun qayçı zərbəsi ilə vurduğu qol tarixə düşüb. 2,53 metr – bu, indi tarixdə ən hündür qayçı zərbəsi qoludur. Əlbəttə, aydınlaşdırmaq lazımdır ki, rekord bu cür ölçmələrin ilk dəfə aparıldığı vaxtdan bəriyə aiddir.

Şotlandiya – Danimarka matçından əvvəl ilk üçlük belə idi:

Pol Onuaçu – 2025/26 mövsümündə “Trabzonspor” – “Samsunspor” oyununda 2,42 metr; Kriştiano Ronaldo – 2017/18 Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus” – “Real” oyununda 2,38 metr; Viktor Osimhen – 2023/24 mövsümündə “Qalatasaray” – “Antalyaspor” oyununda 2,32 metr.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər