12:35
17°C
Bakı
"Liverpul" İngiltərə Premyer Liqasının 12-ci turunda evdə "Nottingem Forest"ə 0:3 hesabı ilə uduzaraq, ölkə çempionatında son 60 ilin antirekordunu müəyyənləşdirib.
Moderator.az bu barədə "Opta Sport" statistik portalına istinadən xəbər verir.
Bildirilir ki, mersisaydlılar 1965-cı ildən bəri ilk dəfə İngiltərə çempionatında ardıcıl iki oyunda böyükhesablı məğlubiyyətə (üç və daha çox top buraxmaqla - red.) uğrayıblar. Həmin vaxt klubu Bill Şenkli çalışdırırdı.
Xatırladaq ki, "Liverpul" İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə "Mançester Siti"yə də eyni hesabla uduzmuşdu.
Qeyd edək ki, "Liverpul" hazırda 18 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yeri tutur.