Bizi sosial şəbəkələrdən izləyin:
“Bavariya” Bundesliqanın 11-ci turunda öz meydanında “Frayburq”u qəbul edib.
Moderator.az xəbər verir ki, meydan sahibləri ilk hissədə gözlənilmədən öz qapılarından iki top buraxıblar. Oyunun 12-ci dəqiqəsində Yuito Suzuki, 5 dəqiqə sonra isə Yohan Manzambi “Frayburq”u hesabda irəli çıxarıb.
Lakin münxenlilər 22-ci dəqiqədə Lennart Karl, 45+2-ci dəqiqədə isə Mişel Olisenin qolları ilə ilk hissədə hesabı bərabərləşdirməyi bacarıb. “Bavariya” fasilədən sonra daha dörd qol vuraraq darmadağını rəsmiləşdirib - 6:2. Ev sahiblərinin qollarını Dayot Upamecano (55), Harri Keyn (60), Nikolas Cekson (78), Mişel Olise (84) vurublar.
Digər oyunda “Borussiya Dortmund” komandası “Ştutqart” ilə görüşün ilk hissəsində hesabda 2:0 hesabı ilə irəldə olsa da, son dəqiqələrdə qələbəni əldən verib - 3:3.
“Bayer Leverkuzen” səfərdə “Volfsburq”u (3:1), “Mönxenqladbax” isə “Haydenhaym”ı (3:0) məğlub edib. “Auqsburq” öz meydanında “Hamburq”a minimal hesabla qalib gəlib – 1:0.
Günün sonuncu görüşündə “Köln” öz meydanında “Ayntraxt Frankfurt” ilə qarşılaşacaq.
Tura bazar günü keçiriləcək “Leypsiq” – “Verder Bremen” və “St Pauli” – “Union Berlin” oyunları ilə yekun vurulacaq.
Turun açılış matçında isə “Maynts” doğma divarlar arasında “Hoffenaym”ın müqavimətini qıra bilməyib – 1:1.
Bundesliqaya 11 turdan sonra 31 xalla “Bavariya” liderlik edir.