Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Premyer Liqasının XII turunun növbəti matçında “Zirə” ilə “Qəbələ” komandaları qarşılaşıb.
Moderator.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Baş hakim Elvin Bayramovun idarə etdiyi görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato vurub. O, penaltini dəqiq yerinə yetirib.
Bu qələbədən sonra “Zirə” 23 xalla turnir cədvəlinin ikincisi olan “Turan Tovuz”a çatıb. “Qəbələ” 5 xalla 11-ci sıradadır.
Günün ilk görüşündə "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçə edib - 1:1.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.