Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la heç-heçə etdi
İdman
43
17:21, Bu gün

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la heç-heçə etdi

Azərbaycan Premyer Liqasının XII turunun növbəti oyunu “Araz-Naxçıvan” və “Turan Tovuz” arasında keçirilib.
 
Moderator.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matçda qalib müəyyənləşməyib - 1:1.
 
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə hesabı 21-ci dəqiqədə Muxtar Respublika təmsilçisinin futbolçusu Ba-Muaka Simakala açıb.
 
78-ci dəqiqədə isə Ayxan Hüseynov Tovuz klubunun qolunu vurub.
 
Bununla da 2-ci pillədə qərarlaşan “Turan Tovuz” xallarının sayını 23-ə çatdırıb. “Araz-Naxçıvan” 20 xalla altıncıdır.
 
Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər