Bəhlul Mustafazadə
İdman
122
14:42, Bu gün

Bəhlul Mustafazadə "Qarabağ"dan gedir?

“Oyunun çətin keçəcəyini bilirdik”.
 
Moderator.az xəbər verir ki, bunu Offsideplus.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.
 
O, Misli Premyer Liqasının 12-ci turunda baş tutan “Qarabağ” - “Sumqayıt” matçı ilə bağlı fikirlərini bölüşüb:
 
“Sona qədər mübarizə apardıq. Onlar da sona kimi hücumlarını davam etdirdilər. Hətta hesabı bərabərləşdirməyə də yaxın idilər. Buna baxmayaraq, vacib üç xalı qazana bildik”.
 
Müdafiəçi transfer təklifləri ilə bağlı sualı belə cavablandırıb:
 
“Bu barədə mənə nəsə deyilməyib. İndi əsas diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Əsas məqsədimiz qrupdan çıxmaqdır”.
 
Qeyd edək ki, “Sumqayıt” - “Qarabağ” matçı Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər