Mikayıl Cabbarov İslam Həmrəyliyi oyunlarında uğur qazanan güləşçiləri təbrik edib
İdman
26
13:51, Bu gün

Mikayıl Cabbarov İslam Həmrəyliyi oyunlarında uğur qazanan güləşçiləri təbrik edib

"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar".

Moderator.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri, eyni zamanda Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

"Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal qazandı - iki qızıl, beş gümüş və dörd bürünc.

Çempionlarımız: Jalə Əliyeva, Arseni Djioyev;

Gümüş medalçılar: Həsrət Cəfərov, Murad Əhmədiyev, Ruzanna Məmmədova, İslam Bazarqanov, Ağanəzər Novruzov;

Bürünc medalçılar: Elnurə Məmmədova, Nigar Mirzəzadə, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili.

Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik", - paylaşımda deyilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər