"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar".
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri, eyni zamanda Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
"Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal qazandı - iki qızıl, beş gümüş və dörd bürünc.
Çempionlarımız: Jalə Əliyeva, Arseni Djioyev;
Gümüş medalçılar: Həsrət Cəfərov, Murad Əhmədiyev, Ruzanna Məmmədova, İslam Bazarqanov, Ağanəzər Novruzov;
Bürünc medalçılar: Elnurə Məmmədova, Nigar Mirzəzadə, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili.
Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik", - paylaşımda deyilir.